Ötən gün 103 yanğına çıxış olub, 10 nəfər xilas edilib - FHN

Ötən gün 103 yanğına çıxış olub, 10 nəfər xilas edilib -    FHN
  03 Sentyabr 2021    Oxunub:807
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 103 yanğına çıxış, 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 10 nəfər, o cümlədən dənizdə çimərlik ərazisində batma təhlükəsi olan 4 nəfər xilas edilib.

Həmçinin, Bakı şəhərinin Nizami rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı 1988-ci il təvəllüdlü Babayev Cavid Əlövsət oğlunun meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti