Koçaryan Moskvaya gedir

 Koçaryan Moskvaya gedir
  11 Sentyabr 2021    Oxunub:1084
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan hakim “Vahid Rusiya" partiyasının dəvəti ilə Moskvaya gedir. O, partiyanın rəhbərliyi ilə görüşəcək.
Azvision.az xəbər verir ki, bu barədə Koçaryanın ofisinin koordinatoru Baqrat Mikoyan məlumat verib.

Onun sözlərinə görə, görüşlər "Ermənistan” bloku ilə Rusiyadakı hakim partiya arasında tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədi daşıyır. Mikoyan deyib ki, Koçaryan dəvəti qəbul edib və gələn həftənin sonunda Moskvaya getməyi planlaşdırır.

Xatırladaq ki, Koçaryanın bloku parlamentdə 29 deputatla təmsil olunur.

Pərvanə Sultanova
Azvision.az






Teqlər: Robert-Koçaryan   Rusiya  





Xəbər lenti