Paytaxt səhərini yanğınla açdı

Paytaxt səhərini yanğınla açdı
  21 Mart 2014    Oxunub:997
Bakı bayram günü səhərini yanğınla açıb. AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, hadisə Xəzər rayonunda 1960-cı il təvəllüdlü Varmakov Veris Borisoviçə məxsus evdə olub.

Belə ki, ümumi sahəsi 25 kv.m olan tikintisi başa çatmamış birmərətbəli 2 otaqlı evin 1 otağında ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının kəşfiyyatı zamanı ev sahibi V.Varmakovun meyiti aşkar olunub.

Yanğın saat 08:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Teqlər:





Xəbər lenti