Yevlaxda Novruz şənliyi

Yevlaxda Novruz şənliyi
  21 Mart 2014    Oxunub:1020
Novruz bayramı Yevlaxda böyük təntənə ilə qeyd olundu.
Xalqımızın ən əziz bayramlarından olan Novruz Yevlaxda da böyük təntənə ilə qeyd olunub.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, şəhərin mərkəzi meydanda keçirilən ümumxalq şənliyində minlərlə yevlaxlı iştirak edib.

Tədbirdə çıxış edənlər yevlaxlıları bayram münasibətilə təbrik etmiş, onlara cansağlığı və xoşbəxtlik arzulayıblar. Rayonun ictimai-mədəni həyatında, tikinti-quruculuq işlərində fəal iştirak edənlərə hədiyyələr və bayram sovqatları təqdim edilib.

Milli geyimli atlılar meydana daxil olaraq bayram tonqalını yandırmışlar. Şənlikdə adət-ənənələrimiz, folklor nümunələrimiz, milli xörək və şirniyyatlar, qədim məişət əşyalar nümayiş etdirilib.

Dədə Qorqud və Bahar qızı tədbir iştirakçılarını təbrik edərək onlara bol ruzi və əmin-əmanlıq arzulamış, Novruzun personajları olan Kosa və Keçəl məzəli oyunları, zarafatları ilə tamaşaçıları əyləndiriblər.

Bayram şənliyində ifa olunan rəqslər, rəngarəng musiqi nömrələri tədbir iştirakçılarında xoş ovqat yaradıb.


Teqlər:





Xəbər lenti