Şəkidə Novruz bayramı

Şəkidə Novruz bayramı
  22 Mart 2014    Oxunub:1321
Bu gün Şəkidə Novruz bayramı münasibəti ilə geniş şəhər tədbiri keçirilib.
AzVision.az Kanal S-ə istinadən bildirir ki, Şəki Şəhər Mədəniyyət Şöbəsi və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram şənliyinə maraq böyük olub. Azadlıq meydanında baş tutan tədbir Şəki şəhər icra başçısının gəlişi ilə start götürüb. Qonaqları Kosa və Keçəl qarşılayıblar. Başçı ilk olaraq Kosa və Keçəllə yumurta döyüşdürüb. İdmançıların bir-birindən maraqlı çıxışları da böyük marağa səbəb olub. Pəhləvanların nümunəvi çıxışları isə icra başçısı və şəhər sakinləri tərfindən alqışla qarşılanıb.

Bayram şənliyində milli adət-ənənələrimiz, geyimlərimiz, qədim Azərbaycan mətbəxi və xalq mahnılarımız nümayiş etdirilib. Şəhər rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələrinə Azərbaycan mətbəxinin nümunələri, bayram şirniyyatları təqdim olunub. Bayram tədbiri özünün rəngarəngliyi ilə yadda qalıb. Tədbir konsert proqramı ilə başa çatıb. Rayonun musiqi kollektivləri, rəqs qrupları ilə yanaşı, paytaxtdan gələn müğənnilərin ifaları tədbiri bir az da rəngarəng edib.


Teqlər:





Xəbər lenti