"Delta" variantına yoluxan gənclər xəstəliyi daha ağır keçirir - Həkim
“Son həftələrdə koronavirusa yoluxan cavan adamların daha tez ağırlaşmasını müşahidə edirəm. Bunu sosial şəbəkələrdə paylaşımlarda da görürük. Əgər keçən il yaşlı və yanaşı xəstəlikləri olan şəxslər koronavirusu ağır keçirirdisə, artıq 30-40 yaşlılarda ilk həftələrdə ağırlaşma müşahidə edilir. “Delta” variantı cavanlarda da yüksək hərarətlə davam edir, hətta xəstəliyin ilk həftəsindən ağciyərlər geniş həcmdə zədələnir. Xəstəliyi ağır keçirənlər isə orta hesabla 1 aya sağalır. Hətta xəstəliyin əlamətləri sağaldıqdan sonra da davam edir”.
Həkim-infeksionist bildirib ki, cavan şəxslərlə yanaşı, məktəbəqədər və məktəbyaşlı uşaqlarda da xəstəliyin əlamətləri kəskin keçir:
“Məktəblərin açılması ilə yoluxma sayının artması gözləniləndir. “Delta” variantından qorunmaq üçün fərqli üsul yoxdur. Maska taxmaq, qaydalara əməl etmək burada da keçərlidir. Ümumdünya Səhiyyə Təşkilatı 10 yaşa qədər uşaqların maska taxmasını məsləhət bilmir. 6 yaşlı uşağın maska taxması onun nəfəs almasında müəyyən qədər problemlər yara bilər. Amma zərurət olarsa 8, 9, 10 yaşlı uşaqlar maska taxsa yaxşı olar. Məktəbdə gigiyena qaydalarına əməl edilir, vaksinasiya davam edir. Yəni ehtiyatlı davranmalıyıq ki, tədris yarıda dayanmasın və distant formaya keçirilməsin”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Delta