Bayram günlərində qəzaların statistikası açıqlandı
AzVision.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, martın 19-u 20-si və 21-də Bakıda 11 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə bir nəfər ölüb, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Ölümlə nəticələnən yol qəzası martın 21-də Xəzər rayonu ərazisində iki avtomobilin toqquşması nəticəsində baş verib.
V. Əsədov təəssüflə bildirib ki, piyadalara qarşı tədbirlərin gücləndirilməsinə baxmayaraq, yenə də piyadaların yol-hərəkəti qaydalarını pozması halları mövcuddur.
Onun sözlərinə görə, bayram günlərində bədən xəsarəti ilə nəticələnən yol qəzalarının 7-si piyadavurmadır.