Nənə nəvəsinin gözü qarşısında güllələndi

Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş zərərçəkmişin çox qan itirdiyi və həyatının xilas edilə bilmədiyi bildirilib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
Hazırda ərazi üzrə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisəni törətmiş maskalı şəxslərin müəyyən edilərək saxlanması istiqamətində tədbirlər görülür.