UNICEF: Su qıtlığından hər gün 1400 uşaq ölür
Bəyanat hər il martın 22-də qeyd edilən Ümumdünya Su Resursları Günü ilə əlaqədar verilib.
Bəyanatda qeyd olunur ki, hazırda dünyada 768 milyon insan təhlükəsiz içməli sudan məhrum olub. Bu insanların əksəriyyəti ucqar kənd rayonlarında və ya şəhər xarabalıqlarında yaşayırlar. İçməli sudan məhrum olanların üçdə ikisi 10 ölkədə yaşayır. Bunlar Çin (108 milyon), Hindistan (90 milyon), Nigeriya (63 milyon), Efiopiya (43 milyon), İndoneziya (39 milyon), Konqo (37 milyon), Banqladeş (26 milyon), Tanzaniya (23 milyon), Keniya (16 milyon) və Pakistandır (16 milyon).
Teqlər: