Moskvada 3 erməni oğru tutuldu

Moskvada 3 erməni oğru tutuldu
  23 Mart 2014    Oxunub:980
Moskvada oğurluq edən erməni vətəndaşları saxlanılıb.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisəni Ermənistan vətəndaşı olan 3 miqrant həyata keçirib. Belə ki, cinayətkarlar məşhur banklardan birinə məxsus bankomatı oğurlamaq istəyiblər. Oğrular banka daxil olaraq bankomatlardan birini yük maşınına qoyublar. Lakin erməni vətəndaşlarının arzusu ürəyində qalıb. Belə ki, bankomatı maşına yükləyərkən polis əməkdaşları onları saxlayıb. Onlardan biri qaçmağa çalışsa da polis havaya xəbərdarlıq atəşi açıb. Hər üç cinayətkar saxlanılıb.

Moskva polisinin araşdırmaları nəticəsində məlum olub ki, sözügedən cinayətkarlar supermarketdən televizor, müxtəlif texniki avadanlıqlar oğurladıqlarına görə əvvəllər də məhkum olunublar.|ANS|


Teqlər:





Xəbər lenti