Bakıda atışma olub

Bakıda atışma olub
  24 Mart 2014    Oxunub:1071
Bu gün Bakıda silahlı insident baş verib.

Sabunçu rayon Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Məlumatda bildirlir ki, bir nəfər naməlum şəxs 1994-cü il təvəllüdlü Yaqub Musayevi və 1991-ci il təvəllüdlü Pərvin Mehdiyevi güllələyib.

Hadisə nəticəsində Y.Musayev hadisə yerində keçinib, P.Mehdiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxsin kimliyinə gəldikdə isə qeyri rəsmi məlumata görə onun adı soyadı Fərəcov Kamildir.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.


Teqlər:





Xəbər lenti