Türk dünyası KİV-nin toplantısı keçirildi

Türk dünyası KİV-nin toplantısı keçirildi
  24 Mart 2014    Oxunub:970
2013-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı elan edilən Əskişəhərdə ilin yekununa həsr olunmuş tədbirlər keçirilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu çərçivədə təşkil edilən türk dünyası kütləvi informasiya vasitələri nümayəndələrinin toplantısına 30 ölkədən 120 jurnalistlə yanaşı, Türkiyənin 60 vilayətindən 250 media təmsilçisi qatılıb.

Ölkəmizi bu toplantıda Azərbaycan Mətbuat Şurasının və bəzi kütləvi informasiya vasitələrinin rəhbərləri təmsil ediblər.

Tədbirdə çıxış edən Türkiyənin təhsil naziri Nəbi Avcı, həmçinin müxtəlif jurnalist təşkilatlarının rəhbərləri türk xalqları arasında əlaqələrin daha da möhkəmlənməsində kütləvi informasiya vasitələrinin mühüm rol oynadıqlarını vurğulayıblar.

Daha sonra ilin yekununa görə, TÜRKSOY-un kütləvi informasiya vasitələrinin sahəsində mükafatları təqdim edilmişdir. Mükafata layiq görülənlər arasında Azərbaycanın “Mədəniyyət” telekanalı və “Olaylar” qəzeti da vardır.

Mükafatları TÜRKSOY-un baş katibi Düsen Kaseinov təqdim edib.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək bu gün KİV-in qarşısında duran əsas vəzifənin türkdilli ölkələr və toplular arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə töhfə verməkdən ibarət olduğunu diqqətə çatdırıb.


Teqlər:





Xəbər lenti