Sevdiyi qıza görə özünü asdı- VİDEO

Sevdiyi qıza görə özünü asdı- VİDEO
  24 Mart 2014    Oxunub:1256
15 yaşlı İlham Cəfərovun intihar etməsinə səbəb sevdiyi qızla aralarında yaranan soyuq münasibət olub.
Bakıda məktəbli intihar edib. Hadisə Bakının Yasamal rayonu, Yeni Yasamal - 1 yaşayış sahəsində bina 4 ünvanında yaşayan 15 yaşlı İlham Cəfərov özünü yaşadıgı evin yaxınlığında yerləşən tikinməkdə olan binalarının birinin damında asıb. Sevgi hisslərinin daşa dəyməsi onu bu addımı atmamağa sövq edib.

Yeniyetmənin cansız bədənini ilk olaraq elə orda çalışan fəhlələr görüb və polisə məlumat veriblər.

Əraziyə cəlb olunan hüquq mühafizə oqanlarının əməkdaşları ilkin müayinələr apardıqdan sonra mərhumun meyiti daxili və xarici müayinə olunması üçün ekspertizaya aparılıb.

8-ci sinif şagirdi olan İlhamın məhəllə uşaqlarının sözlərinə görə, onun intihara etməsinə səbəb sevdiyi qızla aralarında yaranan soyuq münasibət olub.

Faktla bağlı Yasamal rayon prokuroluğunda cinayət işi başlanılıb. Araşdırmalar aparılır. Məktəblininin intihar etməsinin daha dəqiq səbəbləri araşdırılmadan sonra məlum olacaq.




Teqlər:





Xəbər lenti