Oğul atasını daşla öldürüb

Oğul atasını daşla öldürüb
  24 Mart 2014    Oxunub:958
İsmayıllı rayonunda qətl hadisəsi baş verib. AzVision.az xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə martın 24-ü saat 03.00 radələrində qeydə alınıb.

İsmayıllı rayon sakini, ruhi xəstə Sadiq Həlimov evində ailə-məişət münaqişəsi zəminində atası Nadir Həlimova daşla xəsarət yetirib. N. Həlimov aldığı xəsarətdən hadisə yerində keçinib.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən S. Həlimov saxlanılıb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti