Azərbaycanda 2 uşaq atası özünü asdı

Azərbaycanda 2 uşaq atası özünü asdı
  24 Mart 2014    Oxunub:1644
1983-cü il təvəllüdlü Anar Məmmədov özünü asaraq intihar edib.
İsmayıllı rayonunda bayram günlərində iki uşaq atası özünü öldürüb. AzVision.az xəbər verir ki, baş prokurorluqdan anspress-ə verilən məlumata görə, intihar hadisəsi rayonun Qalıncaq kəndində qeydə alınıb.

1983-cü il təvəllüdlü Məmmədov Anar Sahib oğlu özünü asaraq intihar edib.

31 yaşlı Anar Məmmədovun özünü öldürməsinin səbəbi məlum deyil.

İsmayıllı rayonu prokurorluğunda faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.

İntiharın səbəbləri araşdırılır.


Teqlər:





Xəbər lenti