Zaqatalada poçtdan oğurluq edilib

Zaqatalada poçtdan oğurluq edilib
  24 Mart 2014    Oxunub:1181
Zaqatala rayonunun Aşağı Tala kəndində poçt binasından oğurluq edilib.

AzVision.az Kanal S-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

Poçt binasına girmiş şəxs və ya şəxslər seyfi oğurlayaraq qaçıblar. Seyfin içərisində sənədlər və 800 manata yaxın pul olduğu bildirilir.

Hazırda faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.



Teqlər:





Xəbər lenti