Mövqelərimiz atəşə tutulub

Mövqelərimiz atəşə tutulub
  25 Mart 2014    Oxunub:1339
Azərbaycan əraziləri Ermənistan tərəfindən bir neçə istiqamətdən atəşə tutulub.
Azvisionaz.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Yusifcanlı, Şirvanlı, Sarıcalı, Novruzlu, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:  





Xəbər lenti