Məhkumlar da Novruz bayramını qeyd etdi

Məhkumlar da Novruz bayramını qeyd etdi
  25 Mart 2014    Oxunub:1052
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və yeniyetmə məhkumların saxlanıldığı tərbiyə müəssisəsinin himayəçilik şurasının təşkilatçılığı ilə həmin tərbiyə müəssisəsində Novruz bayramı qeyd edilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a bildiriblər ki, tədbirdə tanınmış incəsənət ustalarının ifasında yeniyetmə məhkumlar üçün konsert proqramı nümayiş etdirilib. Bayram konserti yeniyetmələr tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tədbir iştirakçıları 4 saylı cəzaçəkmə müəssisəsində də olmuş, cəza çəkən, himayəsində azyaşlı uşaqları olan qadın məhkumlara baş çəkib, onlara bayram sovqatlarını təqdim ediblər.


Teqlər:  





Xəbər lenti