Yanacaq daşıyan maşın aşdı: ölən və yaralananlar var

Yanacaq daşıyan maşın aşdı: ölən və yaralananlar var
  25 Mart 2014    Oxunub:1688
Bakı-Qazax yolunda yanacaq daşıyan maşın aşdı.
Bakı-Qazax avtomobil yolunda ağır yol qəzası baş verib.

AzVision.az xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün saat 14:30 radələrində magistralın Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yanacaq daşıyan yük maşını «Mercedes» markalı və daha bir neçə minik maşını ilə toqquşub, daha sonra idarəetməni itirərək aşıb. Nəticədə bir nəfər ölüb, bir neçə sərnişin ağır xəsarət alıb.

Yolun hərəkət hissəsinə yanacaq dağılıb, hərəkəti məhdudlaşıb.

Hazırda baş verə biləcək partlayış və yanğın təhlükəsini nəzərə alaraq orada olan şəxslər ərazidən uzaqlaşdırılır.


Teqlər:





Xəbər lenti