Bakıda qəza törədən sürücü maşınını atıb qaçdı - VİDEO

Bakıda qəza törədən sürücü maşınını atıb qaçdı - VİDEO
  25 Mart 2014    Oxunub:1512
Bakıxanov qəsəbəsində “VAZ 2107” markalı minik maşını “AzSamand” ilə toqquşub
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində qeydə anınan hadisə zamanı iki minik maşını - Anar Cavadovun idarəetdiyi “VAZ 2107” markalı minik maşını “AzSamand” markalı digər nəqliyyat vasitəsi ilə toqquşub.

Toqquşmadan sonra hər iki maşın deformasiyaya uğrasa da, hadisədən ən çox əzilən "Jiquli" olub. Sürücü və sərnişin Aygün Səfərova bədən xəsarətləri alıb. Yaralılar ətrafdakı insanların köməyi ilə maşından çıxarılaraq 3 saylı şəhər xəstəxanasına aparılıb.

Qəza iştirakçısı olan “AzSamand”-ın sürücüsü isə maşını hadisə yerində ataraq ərazidən qaçıb. Hadisə yerində aparılan müayinələr bitdikdən sonra hər iki avtomobil yoldan kənarlaşıdırlaraq cərimə meydançasına aparılıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Qəzaya səbəb kimi ilkin olaraq “AzSamand” maraklı minik maşının sürət həddini aşması və dönmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilir.








Teqlər:  





Xəbər lenti