Orxan Zeynalovun istintaqı yekunlaşdı
AzVision.az xəbər verir ki, Musavat.com-un ria-ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya DİN-in Moskva üzrə Baş İdarəsinin rəsmi təmsilçisi Viktoriya Tsıplyonkova açıqlama verib.
“Azərbaycan Respublikasının vətəndaşı Orxan Zeynalova qarşı cinayət işinin təhqiqatı başa çatıb. Hazırda müttəhim və onun vəkili cinayət işinin materialları ilə tanış olmağa başlayıblar”, - deyə o bildirib.
Xatırladaq ki, sözügedən cinayət hadisəsi Rusiyada ksenofobiyanı gücləndirmişdi. Ələlxüsus Moskvada miqrantlara qarşı yerli hökumətin də körüklədiyi böyük basqı kampaniyası başlamış, 400 nəfər saxlanılmışdı.
Teqlər: