Xəzərdə 5 balıqçı itkin düşüb

Xəzərdə 5 balıqçı itkin düşüb
  26 Mart 2014    Oxunub:1219
Azərbaycanın Siyəzən rayonunda 5 nəfər balıqçı itkin düşüb.

Azvision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, onlar balıq tutmaq üçün mühərrikli qayıqla Xəzər dənizinə çıxıblar.

Məlumata görə, onların olduğu qayığın yanacağı bitdiyi üçün dənizdə köməksiz qalıblar.
Bununla bağlı FHN-nin qaynar xəttinə məlumat verilib.

Nazirliyin aviasiya dəstəsinin bir helikopteri, digər xilasetmə qüvvələri axtarış xilasetmə işlərinə cəlb olunub.


Teqlər:





Xəbər lenti