Oğurlanan iranlı sərhədçilərdən biri öldürülüb

Oğurlanan iranlı sərhədçilərdən biri öldürülüb
  26 Mart 2014    Oxunub:1069
Azvision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, İran ərazisindən silahlı şəxslər tərəfindən oğurlanaraq Pakistana aparılan 5 iranlı sərhədçidən biri öldürülüb. Bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

“BMT baş katibi fevralın 6-da İranın cənub-şərqində silahlı qrup tərəfindən girov götürülən 5 iranlı sərhədçidən birinin öldürülməsini qəti pisləyir”, deyə məlumatda bildirilir. Məlumatda bildirilir ki, Pan Qi Mun İran hökumətinin girovda qalan sərhədçilərin xilas olunmaları istiqamətindəki səylərinin uğurlu olacağına ümid edir.

Xatırladaq ki, sərhədçilər Sistan və Bəlucistan əyalətində naməlum silahlı şəxslər tərəfindən oğurlanaraq Pakistana aparılıb. İran prezidenti Həsən Ruhani Pakistan hakimiyyətini sərhədçilərin azad olunmaları üçün tədbirlər görməsini tələb edib.

Qeyd edək ki, bu cür insidentlər İran-Pakistan sərhədində əvvəllər də olub. Belə ki, ötən ilin oktyabrında silahlılar İranın Saravan şəhəri yaxınlığında sərhədçilərə hücum edərək 14 nəfəri qətlə yetiriblər.


Teqlər:





Xəbər lenti