Vaqif Səmədoğlu müalicə üçün İsrailə getdi

Vaqif Səmədoğlu müalicə üçün İsrailə getdi
  26 Mart 2014    Oxunub:1409
Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu müalicə üçün yenidən İsrailə qayıdıb.

AzVision.az APA-ya istinadən xəbər verir ki, Xalq şairi Fikrət Qocanın verdiyi məlumata görə, V. Səmədoğlu İsrailə martın 24-də yola düşüb.

Qeyd edək ki, V. Səmədoğlu xərçəngdən əziyyət çəkir. O, Novruz bayramını qeyd etmək üçün İsraildə aldığı müalicəyə bir neçə günlük fasilə verib Bakıya gəlmişdi. Martın 19-da Azərbaycan Yazıçılar Birliyinin sədri Anar şairə birliyin “Nəsimi” mükafatını təqdim etmişdi.



Teqlər:  





Xəbər lenti