Bakıda güzgülü keçid tikilib

Bakıda güzgülü keçid tikilib
  26 Mart 2014    Oxunub:843
AzVision.az yerli mətbuata istinadən verdiyi xəbərə görə, Bakının Heydər Əliyev prospektində yeraltı piyada keçidinin inşası başa çatıb.
4 giriş-çıxışı olan keçiddə 5 iri güzgü quraşdırılıb.Üç giriş 6 eskalatorla təchiz olunub. Fəqət eskalatorlar işlək olmadığından piyadalar pilləkənlərlə enib-qalxmalı olurlar.

"Azəryolservis"in mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin dediyinə görə, obyekt rəsmi olaraq istismara verilmədiyindən eskalatorlar hələlik işləmir.
Yeraltı keçidin uzunluğu 105 metr, eni 12 metr, hündürlüyü 3 metrdir.


Teqlər:  





Xəbər lenti