Daha bir Malayziya təyyarəsi qəzaya uğradı
Hadisəyə təyyarənin matorlarının birində baş verən yanğın səbəb olub. Qəza baş verən təyyarənin 2 motoru olub. Yanğın hava gəmisinin mühərriklərinin birindəki sistemdə yaranıb.
Qəza baş verməməsi üçün təyyarə məcburi eniş edib. Təyyarənin içəisində 74 sərnişin olub. Təyyarədəki sərnişinlərdən heç kəs xəsarət almayıb.
Qeyd edək ki, mart ayının 8-də Malayziyanın paytaxtı Kuala Lumpurdan Çinə gedərkən “Boinq 777” təyyarəsi yoxa çıxmışdı. Yoxa çıxan təyyarənin içərisində 239 nəfər sərnişin olub.
Teqlər: