Sabah hava necə olacaq

Sabah hava necə olacaq
  26 Mart 2014    Oxunub:921
AzVision.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, axşam buludlu olacaq. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, martın 27-də Bakıda və Abşeron yarımadasında səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək, gündüz şimal və qərb rayonlarından başlayaraq yağıntılar olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 15-20 dərəcə isti təşkil edəcək, bəzi yerlərdə 23 dərəcəyədək yüksələcək. Dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13, bəzi yerlərdə 17 dərəcəyədək isti olacaq.


Teqlər:  





Xəbər lenti