`Megafun`da yanğın söndürüldü- FOTO

`Megafun`da yanğın söndürüldü- FOTO
  26 Mart 2014    Oxunub:2370
AzVision.az xəbər verir ki, Bakıda Nobel prospekti 15 ünvanda, Yeni Həyat Yaşayış Kompleksində yerləşən “Megafun” əyləncə mərkəzində yanğın baş verib.
Musavat.com-un aldığı məlumata görə, Fövqəladə Hallar Nazirliyinin yanğını söndürmək üçün hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər briqadası öz işlərini görmək üçün əraziyə daxil olmaqda olduqca ciddi çətinliklə üzləşiblər.

Mərkəzin direktoru Nurlana Abdülnabi bildirib ki, “Şəki” restoranında mətbəx qismində istifadə olunan kiçik otaq yanıb. Otaq binanın ikinci mərtəbəsində yerləşir. Yanğın yanğınsöndürmə balonları vasitəsi ilə işçilər tərəfindən söndürülüb. Hazırda hadisə tamamilə nəzarət altındadır.

Qalereya




Teqlər:





Xəbər lenti