Azərbaycana dəstəyinə görə Türkiyəyə embarqo qoyan Kanada şirkəti müflis olub

 Azərbaycana dəstəyinə görə Türkiyəyə embarqo qoyan Kanada  şirkəti müflis olub
  28 Oktyabr 2021    Oxunub :532
Vətən müharibəsində Azərbaycanın işğalçı Ermənistan ordusuna qarşı “Bayraktar” TB2 pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsi ilə əlaqədar Türkiyəyə embarqo tətbiq edən Kanadanın “Telemus Sistemleri Inc.” şirkəti müflis olub. AzVision.az xəbər verir ki, bu barədə məlumat yoxlama, vergi və tərcüməçi xidmətləri yerinə yetirən KPMG-nin hesabatında əksini tapıb.
Qeyd edk ki, “Telemus Sistemleri Inc.” şirkəti Türkiyə istehsalı olan PUA-ları müşahidə kameraları və digər elektron avadanlıqlarla təchiz edib, əsas müştəriləri isə Türk Havaçılıq və Kosmik Sənaye AŞ (TUŞAŞ) olub. Kanada hökuməti 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanı dəstəklədiyinə görə həmin ilin oktyabr ayında Türkiyəyə silah embarqosu tətbiq edib. Bundan sonra isə “Telemus Sistemleri Inc.” Şirkəti mallarının satışında problemlərlə üzləşməyə başlayıb.

Kanada hökuməti tərəfindən “Telemus Sistemleri Inc.” şirkətinin ixracat icazələri isə 2021-ci ilin aprelində ləğv edib.

2020-ci ildə “Telemus Sistemleri Inc.” şirkəti 360 min dollar, bu il iyulun 31-də istehsalı dayandırmazdan əvvəl isə 2021-ci ildə 1,1 milyon dollar zərərə uğradığını açıqlayıb. Şirkət bu ilin avqustunda istehsalı dayandırıb.

AzVision.az

Teqlər: Kanada   Şirkət   İflas  







Xəbər lenti