Hindistan Çinlə sərhəddə irimiqyaslı hərbi təlimlər keçirir

   Hindistan Çinlə sərhəddə irimiqyaslı hərbi təlimlər keçirir
  02 Noyabr 2021    Oxunub:953
Hindistanın Silahlı Qüvvələri bazar ertəsi Çinlə sərhədə yaxın Şərqi Ladaxda üç günlük irimiqyaslı hərbi təlimlərə başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Times of India” mənbələrə istinadən məlumat yayıb. Təlimin ssenarisinə əsasən, hind paraşütçüləri şərti düşmənini hərbi texnikalarını ələ keçirərək tank və mexanikləşdirilmiş qoşunların hücum helikopterlərinin dəstəyi ilə hücuma keçənədək saxlayırlar.

Manevrlər yüksək dağlıq ərazidə mənfi 20 dərəcə şaxtada, yüzlərlə hərbçinin iştirakı ilə keçirilir. Məqsəd Çinə Hindistanın şimal sərhədlərində gərginliyi artırmaq üçün hər hansı bir hərəkətdən çəkinməyə işarə etməkdir.

Manevrlərə xüsusi təyinatlılar briqadasının desantları, T-90 və T-72 tankları, “Pinaka” və “Smerç” reaktiv yaylım atəş sistemləri, “Bofors”, “M777”, “K9 Vajra” haubitsaları, “Su-30MKI” qırıcıları və “Apaçi” hücum helikopterləri cəlb olunub. Təlim zamanı səsdən sürətli BrahMos qanadlı raketlərindən istifadə edilməsi planlaşdırılır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Hindistan   Təlim  





Xəbər lenti