"Saakaşvili dövlət çevrilişi planlaşdırır" - DTX

"Saakaşvili dövlət çevrilişi planlaşdırır" -    DTX
  06 Noyabr 2021    Oxunub :1068
Gürcüstanda eks-prezident Mixail Saakaşvilini dəstəkləyən etirazçılar dövlət qurumlarının binalarını bloklamağı planlaşdırırlar. Dövlət çevrilişinə həbsxanadan keçmiş prezident özü rəhbərlik edir.
AzVision.az xəbər verir ki, bunu Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nümayəndəsi Baça Mqeladze deyib.

Onun sözlərinə gpörə, bu il noyabrın 6-dan Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsindəki bəzi siyasi qruplar daimi aksiyalar planlaşdırıblar ki, bura rayonlardan partiyaların tərəfdarları gələcək: "Bundan əlavə, Tbilisi şəhərində də etiraz aksiyası nəzərdə tutulub. Əməliyyat məlumatlarına görə, aksiya təşkilatçıları dövlət qurumlarının bloklamaq niyyətindədirlər. Məqsədləri hakimiyyəti zorakılıqla devirmək olan bu aksiyaları məhkum edilmiş Mixail Saakaşvili planlaşdırır”.

Xatırladaq ki, Ukraynadan Gürcüstana qanunsuz yolla gələn Saakaşvili oktyabrın 1-də Tbilisidə həbs edilib.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Gürcüstan  







Xəbər lenti