Sabirabadda ağır qəza, ölən var

  29 Mart 2014    Oxunub : 402
Sabirabadda ağır qəza, ölən var
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Nizami kəndində (rayon mərkəzindən 40 km aralı) "Mitsubishi" markalı minik avtomobili itdarəetməni itirərək yolun kənarına aşması nəticəsində yol qəza hadisəsi baş verib.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1984-cü il təv. Ağayev İlkin Eminağa oğlunun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayyət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Teqlər: