Ədliyyə Nazirliyinin rəsmisi: "Amnistiyanın icrasına ciddi nəzarət edilir"

    Ədliyyə Nazirliyinin rəsmisi:    "Amnistiyanın icrasına ciddi nəzarət edilir"
  11 Noyabr 2021    Oxunub:1145
"Amnistiya Aktı ilə bağlı daxil olan müraciətlər araşdırılacaq, əgər qanunsuzluq aşkar edilərsə, aidiyyəti üzrə tədbir görüləcək".
AzVision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova 8 Noyabr-Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən "dəyirmi masa"da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, amnistiyanın icrası prosesinə ciddi nəzarət edilir: “Əməkdaşlarımız tərəfindən prosesdə heç bir boşluğa yol verilə bilməz. Belə bir durum aşkarlanarsa, həmin əməkdaşlar barəsində tədbir görüləcək”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Amnistiya   Məhkum  





Xəbər lenti