Şumaxerin həyat yoldaşından sürpriz addım

Şumaxerin həyat yoldaşından sürpriz addım
  30 Mart 2014    Oxunub:1100
Şumaxerin yoldaşı Korrina əri üçün 10 milyon funtluq tam təchizatlı səhiyyə müəssisəsi açdıracaq
AzVision.az ANS PRESS-ə istinadən xəbər verir ki, Şumaxerin həyat yoldaşı əri üçün 10 milyon funtluq səhiyyə müəssisəsi inşa etdirəcək.

Hazırda komada olan məşhur "Formula 1" avto-pilotu Mixael Şumaxerin yoldaşı Korrina əri üçün 10 milyon funtluq, tam təchizatlı səhiyyə müəssisəsi açdıracaq.

Klinika Şumaxerin İsveçrədə Cenevrə gölü sahilində yerləşən ailə evində olacaq. Korrina bu müəssisə üçün təxmini 500 milyon funt olan ailə sərvətinin bir qismini xərcləyəcək.

Hal-hazırda komada olan Şumaxerin yaxınlarından birinin dediyinə görə, əfsanəvi avto-pilot həyatda qalsa belə, hərəkət edə bilməyəcək.

Xatırladaq ki, Şumaxer 2013-cü il dekabrın 29-da Fransada Meribeldə xizək sürərkən yıxılaraq başından zədə alıb.



Teqlər:





Xəbər lenti