Hamı bu dili öyrənəcək

Hamı bu dili öyrənəcək
  30 Mart 2014    Oxunub:1086
2050-ci ilə qədər dünyada 750 milyon nəfərin fransızca danışacağı güman edilir
Fansız dilinin ən çox danışılan dil olacağı açıqlanıb.

AzVision.az Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Fransadakı Natiksis Bankının araşdırması nəticəsində fransızcanın 2050-ci ilə qədər ingiliscəni geridə qoyaraq, "dünya dili" olacağı göstərilib.

Bankın apardığı araşdırmada 2010-cu ildə 220 milyon nəfərin fransızca danışdığı qeyd edilərək, bu gedişlə 2050-ci ilə qədər dünyada 750 milyon nəfərin fransızca danışacağı güman edilir.

Beləliklə də, fransızca 2050-ci ilədək ən məşhur dillər olan ingilis və çin dilini geridə qoyacaq. Araşdırmada fransızcanın başda bir sıra Afrika ölkələri olmaqla yanaşı, dünyanın ən inkişaf etmiş bölgələrində yayılmağa davam etdiyi vurğulanıb.

Fransız linqvisti Aleksandr Vulf isə öz növbəsində fransızcanın bəzi Afrika ölkələrində rəsmi dil olmasına baxmayaraq, ən çox danışılan dil olmadığını qeyd edib.



Teqlər:





Xəbər lenti