İranda qatar relsdən çıxıb, xəsarət alanlar var

İranda qatar relsdən çıxıb, xəsarət alanlar var
  30 Mart 2014    Oxunub:1096
Bu gün yerli vaxtla saat 04:30 radələrində Məşhəd şəhərindən Tehran istiqamətində hərəkət edən sərnişin qatarının vaqonları Şahrud şəhərinin Bakran dayanacağı yaxınlığında relsdən çıxıb.

AzVision.az Trend-ə istinadən verdiyi məlumata görə, qatarın 5 vaqonu relsdən çıxaraq aşıb və bir neçə sərnişin xəsarət alıb. Onların vəziyyəti qənaətbəxşdir.

Hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər görülür.


Teqlər:





Xəbər lenti