Türkiyə İspaniyadakı müsəlman məbədini bərpa edəcək

Türkiyə İspaniyadakı müsəlman məbədini bərpa edəcək
  30 Mart 2014    Oxunub:959
Türkiyə İspaniyanın Andalusiya muxtariyyətində müsəlman məbədinin bərpa işlərini üzərinə götürüb.

AzVision.az SalamNews-a istinadən verdiyi xəbərə görə, hazırda içərisində katolik kilsəsinin yerləşdiyi məşhur Kordova məscidi Meskitanın yaxınlığındakı müsəlman hökmranlığı dövrünə məxsus tarixi binada yerləşir.

Qeyd edək ki, məbəddə bərpadan sonra xüsusi olaraq müsəlmanların namaz qılması üçün ayrılan yeganə yer olacaq.

Bildirək ki, yaxın günlərdə Türkiyənin dünyada türk mədəniyyətinin yüksəldilməsinə yardım göstərən dövlət müəssisəsi olan Əməkdaşlıq və İnkişaf Agentliyi İspaniyanın "Islamica De Al Andulus Liga Morisca" adlı müsəlman təşkilatı ilə müvafiq protokol imzalayıb.

Kordova təşkilatının nümayəndəsi Аbedul Bari Leon Dias məbədin bərpa planına görə Türkiyəyə minnətdarlığını bildirib.


Teqlər:





Xəbər lenti