Goranboy sakini minaya düşüb

      Goranboy sakini minaya düşüb
  20 Noyabr 2021    Oxunub:1007
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, rayonun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlunun örüş sahəsində heyvan otaran zaman minaya düşdüyü barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Hazırda Goranboy Rayon Polis Şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunublar", - Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya olunacaq.

AzVision.az


Teqlər: DİN   Mina  





Xəbər lenti