Qarlı hava nəqliyyatın hərəkətinə təsir etməyib

Qarlı hava nəqliyyatın hərəkətinə təsir etməyib
  30 Mart 2014    Oxunub:891
Azərbaycanın avtomobil yollarında nəqliyyatın hərəkətində məhdudiyyət yoxdur.

AzVision.az xəbər verir ki, Respublika Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, qarlı hava şəraiti yollarda nəqliyyatın hərəkətinə təsir etməyib.

Bununla belə, yol polisi sürücülərə diqqətli olmağı, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımında avtomobillərdən istifadə etməməyi tövsiyə edir.

Qeyd edək ki, hazırda respublıka ərazisində qarlı, küləkli hava şəraiti müşahidə olunur. Sabahdan havanın temperaturu yüksəlməyə başlayacaq.


Teqlər:





Xəbər lenti