“3+3” formatında görüş tezliklə baş tuta bilər - Rusiya XİN

 “3+3” formatında görüş tezliklə baş tuta bilər  -   Rusiya XİN
  26 Noyabr 2021    Oxunub:1395
"Rusiya ümid edir ki, Transqafqaz üzrə “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) görüşün keçirilməsi yaxın perspektivdə baş tutacaq məsələdir.
AzVision.az xəbər verir ki, bu barədə "TASS"a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

- Bu məsələlər üzərində iş gedərkən bütün iştirakçıların razılığını almaq lazımdır. Nəticə əldə olunanda onun harada keçiriləcəyini açıqlayacağıq,- nazir müavini bildirib.

Əlavə edib ki, Rusiya Gürcüstanın bu prosesdə iştirakına tam açığıq: "Əgər Gürcüstan gəlməyə hazır olduğunu təsdiq etməsə, kürsü Tbilisi üçün boş qalacaq. Gürcüstan iştiraka qərar versə, prosesin tamhüquqlu iştirakçısı olacaq”.

Nazir müavininə görə, qeyd edilən formatda görüş baş tutsa, bu altı dövlətdən birinin paytaxtında keçiriləcək.

"Bu formatın yaradılması təşəbbüsü Türkiyə və Azərbaycan liderlərinə məxsusdur. İki ölkənin prezidentləri bu ideyanı son hadisələr kontekstində regiondakı ümumi vəziyyəti müzakirə etmək üçün səsləndiriblər. Təbii ki, son hadisələr regiondakı mənzərəni dəyişib və biz hansısa formada yeni reallığa uyğunlaşmalıyıq. Bu, obyektiv reallıqdır, onu olduğu kimi qəbul etmək lazımdır”, - Rudenko deyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya-XİN   Altılıq  





Xəbər lenti