Gəncədə Soyqırımı Günü anılıb

Gəncədə Soyqırımı Günü anılıb
  31 Mart 2014    Oxunub:1290
Gəncə şəhərində 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş mərasim keçirilib. Tədbirdə şəhər rəsmiləri, ziyalılar, ictimaiyyətin nümayəndələri, gənclər və tələbələr iştirak ediblər.
Şah Abbas Cümə məscidinin dini icma sədri Əlisəftər Səfərəliyev çıxış edərək, ermənilərin hər zaman türklərə, azərbaycanılara qarşı apardığı soyqırım və deportasiya siyasətindən, əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatıdırılmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi mühüm tədbirlərdən bəhs edib, şəhidlərin ruhuna dualar oxuyub.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, Gəncə Dövlət Universitetinin dekanı, professor Həsənbala Sadıqov və professor Asəf Cavadov çıxış edərək, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş kütləvi qırğınlar barədə danışıb, bununla əlaqədar tarixi faktları diqqətə çatdırıblar. Bildiriblər ki, tarixin müxtəlif dövrlərində olduğu kimi, 1918-ci ildə də ermənilər Azərbaycan xalqına qarşı torpaq iddiası irəli sürərək soyqırım törədiblər. Bu cür tarixi faktlar yalnız ildönümləri zamanı deyil, adi günlərdə də, hər zaman yad edilməlidir. Bu zaman əsas məsuliyyət gənclərin üzərinə düşür. Çünki bu günün gənci gələcəkdə ölkənin aparıcı qüvvəsidir.


Teqlər:





Xəbər lenti