Azərbaycanlı uşaqlar İsraildə əməliyyat olunacaq

Azərbaycanlı uşaqlar İsraildə əməliyyat olunacaq
  01 Aprel 2014    Oxunub:1898
Vaşinqtonda “Beynəlxalq Bnay Brit” (Bnai Brith International) təşkilatının ofisində Heydər Əliyev Fondunun “Uşaq ürəyini xilas et” (Save a Childs Heart) xeyriyyə təşkilatı birgə həyata keçirəcəyi layihənin təqdimatı olub.
“Uşaq ürəyini xilas et” təşkilatının icraçı direktoru Devid Lituak təmsil etdiyi təşkilat haqqında məlumat verərək bildirib ki, qurumun əsas mərkəzi İsraildə yerləşir. Azərbaycan təşkilatın əməkdaşlıq edəcəyi sayca 49-cu ölkə olacaq. Tərəfdaşlıq nəticəsində, bundan sonra ağır ürək çatışmazlığı ilə doğulmuş azərbaycanlı uşaqlar təşkilatın İsraildə fəaliyyət göstərən Uolfson Tibbi Mərkəzində (Wolfson Medical Center) əməliyyat oluna biləcəklər.

Bu layihə çərçivəsində azərbaycanlı mütəxəssislər üçün təlimlər keçiriləcək və təşkilat ölkəmizdə müvafiq ixtisaslaşmış tibbi mərkəzin yaradılmasına dəstək verməyə hazırdır.

Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi Cəmilə Paşayeva-Seyidzadə uşaqların sağlamlığı və rifahının sərhəd tanımadığını, milli mənsubiyyətə görə fərqləndirilmədiyini qeyd edib. O, Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın özünün ixtisasca bir həkim olaraq, səhiyyə sahəsindəki layihələrə, o cümlədən uşaqların müalicəsinə xüsusi qayğı göstərdiyini və bu fəaliyyətləri şəxsən diqqətdə saxladığını bildirib.

Qalereya




Teqlər:





Xəbər lenti