Kürdəmirdə 2 yaşlı uşaq yanaraq öldü
Kənd sakini 1979-cu il təvəllüdlü Quliyev İslam Füzuli oğluna məxsus ümumi sahəsi 408 kvadratmetr olan iki mərtəbəli evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Kürdəmir və Hacıqabul rayonlarından 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı evin 180 kvadratmetrlik hissəsi içindəki əşyalarla birgə yanaraq tələf olub.
Hadisə zamanı ev sahibi İslam Quliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, onun iki yaşlı övladı Kənan Quliyev yanaraq dünyasını dəyişib. Hadisə zamanı evin qalan hissəsi və ona birləşik çardaq alovdan xilas edilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Teqlər: