Patrisiya Kaas Bakıya gəlir

Patrisiya Kaas Bakıya gəlir
  02 Aprel 2014    Oxunub:992
İfaçı Qafqaz turuna çıxır.
Dünya şöhrətli fransız müğənnisi Patrisiya Kaas Bakıda solo konsert proqramı ilə çıxış edəcək.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, müğənninin konserti mayın 29-da Heydər Əliyev Sarayında olacaq.

Konsert "Kaas chante Piaf, Caucasus tour" adlı Qafqaz turu çərçivəsində baş tutacaq. Gecədə tamaşaçılar əfsanəvi müğənninin ən məşhur hitlərini və yeni mahnılarını eşidəcəklər.

İfaçı Bakı konsertindən sonra, mayın 31-də Tbilisidə çıxış edəcək.

Qeyd edək ki, bu, Patrisiya Kaasın Bakıya ikinci səfəridir. Daha öncə Kaas 2008-ci ildə Cartier zərgərlik butikinin açılışı münasibətilə paytaxtımıza qonaq gəlmişdi.


Teqlər:





Xəbər lenti