QHT-lərə Dəstək Şurası Budapeştdə görüşlər keçirib
Fundamental Hüquqlar üzrə Müvəkkilin Aparatında keçirilən görüşdə qurumun ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Eve Heizerne Hegedus təmsil etdiyi qurumun fəaliyyəti haqda Azərbaycan nümayəndə heyətinə məlumat verib. Eve Hegedus Macarıstan ombudsmanının 6 il müddətinə seçildiyini və ildə bir dəfə ölkənin parlamenti qarşısında hesabat verdiyini bildirib. O, ombudsmanın insan hüquqlarının təminatı vəziyyətinə dair müntəzəm monitorinqlər keçirdiyini qeyd edib. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı vəziyyəti haqqında məlumat verən nümayəndə heyətinin üzvləri Şuranın ölkəmizin milli donor inistitutu kimi fəaliyyət istiqamətlərindən və insan hüqüqlarının təminatı sahəsində atılan addımlardan danışıblar.
Keçirilən bütün görüşlərdə nümayəndə heyətinin rəhbəri Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov ölkəmizdə QHT sektorunun inkişafı sahəsində ardıcıl olaraq həyata keçirilən dövlət siyasətinin mahiyyəti haqqında macar həmkarlarına geniş məlumat verib. Şuranın xarici QHT-lər üçün elan etdiyi qrant müsabiqəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəsadları haqqında danışan F. Qurbanov fundamental insan hüquq və azadlıqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin fəal iştirakı və bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.
Teqlər: