AB nümayəndələri Penitensiar Xidmətdə olub
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə çıxış edən M. Quliyev penitensiar sistemdə görülən işlər, cəza-icra qanunvericiliyinin humanistləşdirilməsi, Penitensiar Xidmətin hazırkı fəaliyyəti, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlər barəsində məlumat verib.
Federiko Berna isə Avropa Birliyi tərəfindən nəzərdə tutulan yardım layihəsi barədə məlumat verib. Qeyd edib ki, Azərbaycanda cəza-icra hüququ sahəsində keçirilən intensiv islahatlar ekspertlər tərəfindən çox yüksək qiymətləndirilir.
Avropa Birliyinin ekspertləri probasiya xidmətinin təsis olunması ilə bağlı Azərbaycanın ədliyyə sisteminə zəruri olan yardım göstərmək niyyətində olduqlarını bir daha vurğulayıblar.
Teqlər: