Paraşütçünün enişi ölümlə nəticələndi

Paraşütçünün  enişi ölümlə nəticələndi
  05 Aprel 2014    Oxunub:972
Almaniyalı paraşütçü ABŞ-da həmkarları ilə birgə, kollektiv şəkildə dünya rekordunu təzələmək istəyərkən həlak olub.
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə aprelin 3-ü ABŞ-ın Arizona ştatında baş verib.

Polis 46 yaşlı Diana Perisin paraşütündə nasazlıq olduğunu bildirib. Tədbiri təşkil edən World Team qrupu paraşütçülərinin sözlərinə görə, Perisin paraşütü yerə yaxın məsafədə açılıb.

Kollektiv tullanmada 28 ölkədən 222 paraşütçü iştirak edib. Paraşütçülər 5486 metr hündürlükdən atılmalı və sərbəst düşmə zamanı səmada iki fiqur əmələ gətirməliydilər. Digər paraşütçülərdən tullanma zamanı xəsarət alan olmayıb. Baş verən faciəyə baxmayaraq, qrup dünya rekordu qırmaq cəhdini davam etdirmək niyyətindədir.

“Bizim əziz dostumuzu heç vaxt , kimsə əvəz etməyəcək. Qrup onun şərəfinə ehtiram olaraq yerini boş saxlayacaq” - deyə paraşütçülərdən biri qeyd edib.
Perisin həyat yoldaşı bildirib ki, o öz həyatı boyunca 1,5 min dəfə təyyarədən atılıb.


Teqlər:





Xəbər lenti