Qəzalarda 1 nəfər öldü, 2 nəfər ağır yaralandı- VİDEO

Qəzalarda 1 nəfər öldü, 2 nəfər ağır yaralandı- VİDEO
  05 Aprel 2014    Oxunub:1413
Aran rayonlarında baş verən qəzalarda1 nəfər öldü, 2 nəfər ağır yaralandı.
Ötən gün Aran bölgəsində iki ağır yol nəqliyyat hadisəsi baş verib. Saat 15 radələrində İmişlidə baş verən yol-qəzası Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişlnin Ağammədli kəndindən keçən hissəsində qeydə alınıb. İmişli sakini Şıxəliyev Əli Hüsü oğlunun idarə etdiyi “VAZ 2107” markalı 90 FG 657 dövlət nömrə nişanlı avtomobil əks istiqamətdən gələn Göyçay rayon sakini Əmirov Şakir Zakir oğlunun idarə etdiyi “Mersedes” markalı 99 DF 695 minik maşını ilə toqquşub.

AzVision.az CTV-yə istinadən xəbər verir ki, qəza nəticəsində VAZ 2107-nin sürücüsü hadisə yerində dünyasını dəyişib.Mersedes markalı avtomobil isə zərbənin gücündən yoldan çıxara kənara düşüb.Hadisə yerinə İmişli təcili təxirə salınmaz yardım stansiyasının işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşalrı o cümlədən FHN-nin Kürdəmir rayonu üzrə xilasediciləri cəlb olunub. Mersedes” markalı avtomobildə sıxılı vəziyyətdə qalan sürücü çıxarılaraq İmişli rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sürücünün vəziyyətinin ağır olduğu bildirilir.
Ötən gün həmçinin Şirvan şəhərində də ağır avtomobil qəzası baş verib.Hadisə gecə saat 23.40 radələrində Şirvan şəhəri Gülbala Şıxbalaoğlu küçəsində qeydə alınıb Şirvan şəhər sakini 1980-ci il təvəllüdlü Qasımov Elbrus Heybət oğlu idarə etdiyi “VAZ 21015” markalı 90 MZ 425 dövlət nömrə nişanlı avtomobili ilə yüksək sürətdə hərəkətdə olarkən yolun kənarında dayanan Şirvan su kanal idarəsinə məxsus təmir işləri üçün ixtisaslaşan “KAMAZ” markalı maşına çırpılıb. Nəticədə sürücü ağır vəziyyətdə kəllə-beyin travması diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda hər iki faktla bağlı araşdırma aparılır.





Teqlər:  





Xəbər lenti