“Palmali” istiqlal mücahidlərinin adına gəmilər düzəldəcək

  05 Aprel 2014    Oxunub : 616
“Palmali” istiqlal mücahidlərinin adına gəmilər düzəldəcək
AzVision.az yerli mətbuata istinadən verdiyi xəbərə görə, “Palmali” Şirkətlər Qrupu (ŞQ) dörd yeni gəminin alınması ilə bağlı niyyət memorandumu imzalayıb. Bu barədə “Palmali Group”un mətbuat xidmətindən bildirilib.

Bildirilir ki, alınanlar sırasında 2008-ci ildə düzəldilmiş, dedveyti 3456 ton olan və kimyəvi mallar üçün nəzərdə tutulmuş bir ədəd tanker, həmçinin 2007-2008-ci illərdə istehsal edilmiş və əsas yüklərin daşınması üçün nəzərdə tutulmuş, dedveyti 6097 ton olan üç gəmi olacaq. Gəmilərin dördü də şirkətə bu il aprelin ortalarında təhvil veriləcək. Gəmilərin dördü də tramp daşımalarında istifadə ediləcək.

Gəmilərə istiqlaliyyət yolunda canlarından keçmiş Azərbaycan oğullarının adları veriləcək. Kimyəvi mallar üçün nəzərdə tutulmuş tankerə böyük şair Hüseyn Cavidin şərəfinə “MT Huseyn Cavid” adı veriləcək. Azərbaycan Demokratik Respublikasının tanınmış dövlət xadimi, Qarabağın general-qubernatoru, hərbi nazir vəzifələrini tutmuş Xosrov bəy Sultanovun şərəfinə quru yüklər üçün nəzərdə tutulmuş “MV Khosrov Bey” gəmisi veriləcək. Quru yüklər üçün nəzərdə ututulmuş gəmilərdən biri də onun qardaşı, xalq qəhrəmanı Sultan bəy Sultanovun şərəfinə “MV Sultan Bey” adlandırılacaq. Quru yüklər üçün nəzərdə tutulmuş gəmilərdən sonuncusuna isə Çar Rusiyasının “artileriya allahı”, Bakını erməni-bolşevik işğalından xilas etmiş Azərbaycan ordusunun komndanı general Əli Ağa Şıxlinskinin şərəfinə “MV General Shixlinsky” adı veriləcək.

Qeyd edək ki, “Palmali Group” həm də “Armada Shipyard” tərsanəsi ilə yeni layihə seriyasından olan beş tankerin düzəldilməsi barədə saziş bağlayıb. /ANS PRESS/

Teqlər: