Bu günün hava proqnozu

Bu günün hava proqnozu
  06 Aprel 2014    Oxunub:1155
AzVision.az Ekologiya və Təbii Sərvətlər nazirliyinə istinadən verdiyi xəbərə görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 2-4°, gündüz 5-7° isti, Bakıda gecə 2-4°, gündüz 5-7° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 777 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 5-10° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 1-6°, gündüz 5-10° isti olacaq.



Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 0-4 isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacaq.



Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1-6°, gündüz 7-12° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 4-6°, gündüz 6-10° isti, dağlarda gecə 3-5° isti, gündüz 5-7° isti olacaq.

Tibbi-meteoroloji proqnoz
Aprelin 6-da Abşeron yarımadasında ötən günlə müqayisədə hava şəraitinin kəskin dəyişməsi, qısa müddətdə atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi fonunda havanın temperaturunun kəskin enməsi meteohəssas insanlar üçün çox əlverişsizdir.




Teqlər:





Xəbər lenti